36 il əvvəlin “VAZ”ı – 6900 dollara satılır

Avtomobil orijinal rəngini, təkərlərini və interyerini qoruyub saxlayıb, qışda demək olar ki, istifadə edilməyib və qiyməti 6900 dollardır.
Avtosfer.az xəbər verir ki, Kiyevdə Auto.ria saytında zavod vəziyyətində saxlanılan 1980-ci il istehsalı VAZ-2103 avtomobilinin reklamı dərc olunub.
36 il ərzində bu avtomobil cəmi 28 min kilometr yol qət edib ki, bu da ildə orta hesabla təxminən 777 kilometr deməkdir.
Avtomobil orijinal Rubin 110 qırmızı boyasını saxlayır, kuzov paslanmamış və zədələnməmiş, təkərlər isə hələ də sovet istehsalıdır. Alt hissə və təkər tağları işlənməyib, lakin əla vəziyyətdədir.
Salon da yaxşı qorunub saxlanılıb, avtomobil rahat işləyir və bütün lazımi sənədlərə malikdir. VAZ-2103-ün qiyməti 6900 dollardır.
Model 1972-ci ildən 1984-cü ilə qədər istehsal olunub və “Jiquli”yə daha nüfuzlu alternativ olub.
Satışa çıxarılan avtomobilin versiyası 70 at gücünə malik 1,3 litrlik mühərrik və 4 pilləli mexaniki transmissiya ilə təchiz olunub. (Lent.az)
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












