ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir

Yaxın Şərq böhranı Avropa İttifaqının iqtisadi sisteminə ciddi təsir edir. Doğrudur, hazırda ABŞ-İran qarşıdurması nisbətən səngiyib, aktiv hərbi əməliyyatlar aparılmır. Lakin, iqtisadiyyatda bütün proseslərin təsiri uzunmüddətlidir. Hörmüz boğazından gəmilərin keçməsi intensivləşsə də, 3 ay ərzində yaranmış ehtiyacı qarşılayacaq həddə deyil. Bu böhrandan ilk növbədə enerji resurslarında digər qitələrdən asılı olan Avropa əziyyət çəkir.
Avtosfer.az xəbər verir ki, Yaxın Şərqdə davam edən qarşıdurma Avropa İttifaqının əmək bazarına ciddi təzyiq edir. Hörmüz boğazında ləngimələr enerjinin bahalaşması ilə nəticələnir. Avropa Komissiyasının proqnozuna görə, Amerika Birləşmiş Ştatları-İran qarşıdurması ittifaqda azı 1 milyon nəfərin iş yerini itirməsi ilə nəticələnəcək. Ən ciddi təhlükə avtomobil, nəqliyyat, kimya, metallurgiya və inşaat sektorundadır. Təkcə avtomobil istehsalında azı 600 min iş yerinin itiriləcəyi gözlənilir. Nəzərə alaq ki, avtomobil sənayesində geriləmə ağır sənayeinin demək olar bütün sahələrinə təsir göstərir.
Bundan başqa, batareya istehsalı sahəsində 85 min, Günəş panelləri sektorunda isə 60 min əməkdaş işlə vidalaşa bilər. Avropa İttifaqının məşğulluq üzrə komissarı Roksana Minzatu deyir: “Yaxın Şərqdəki müharibəyə görə 1,3 milyon iş yeri təhlükə altındadır. Biz başlıca olaraq enerjiyə yüksək tələbatı olan ağır sənaye sektorunu nəzərdə tuturuq.
Qurumun proqnozuna görə yaşıl enerjiyə keçid polad istehsalında 4500 nəfərin işsiz qalmasına səbəb olacaq. Avropa İttifaqında 30 milyon nəfər sənayedə, 87 milyon nəfər isə xidmət sektorunda çalışır.
Vüqar Yaşaroğlu
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?










