Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU

Qəribə hadisə İspaniya vətəndaşlarının başına gəlib.
Avtosfer.az xəbər verir ki, barselonalı ər-arvad avtomobillərini doğma şəhərin aeroportunda park edərək Afrikaya yola düşürlər. Bir neçə gün sonra qayıtdıqda isə avtomobili parkinqdə tapa bilmədikləri üçün aeroport rəhbərliyinə məlumat verirlər.
Təhlükəsizlik xidmətinin axtarışları nəticə vermir: sistemdə maşının aeroportu tərk etmədiyi görünsə də, maşçın yerində yoxdur.
Kor-peşman evə qayıdan cütlük polisə xəbər verir. Bir gün sonra isə avtomobilşin Fransa ərazisində çox sayda qayda pozuntusuna yol verməsi haqqında bildirişlər gəlir. Ardınca maşınla əlaqə itir.
Bu günlərdə isə maşının Barselonadan 3000 kilometr uzaqda Bolqarıstanda olduğu müəyəyn edilib. İndi ailə maşının İspaniyaya geri qaytarılacağı günü gözləyir.
Ekspertlər bildirirlər ki, Avropada bu tip oğurluq geniş yayılıb: cinayətkarlar avtomobilin qapısı bağlanarkən pult üçün radiomaneə yaradırlar. Sürücü elə bilir ki, qapılar kilidlənib. Əslində isə, qapı açıq qalıb. Bundan sonra isə oğrular avtomobili parkinqdən çıxararkən hansısa maşının arxasına “yapışdıraraq” ərazini tərk ediblər. 2 maşın bir-birinə çox yaxın sürüldüyü üçün nəzarət kameraları nömrəni görə bilmir.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












