Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR

Şimali Karolina sakini demək olar ki, tamamilə ağacdan hazırlanmış qeyri-adi avtomobil yaradıb. Avtosfer.az-ın məlumatına görə, o, layihəyə 20.000 saat həsr edib.
Splinter adlı avtomobili aspirant Co Harmon dizayn edib.

Maraqlısı odur ki, Splinter sadəcə bir sənət layihəsi deyil. Harmonun sözlərinə görə, o, saatda 322 kilometr sürətə çata biləcək əsl avtomobildir. O deyib ki, belə bir superkar ideyası ona 2006-cı ildə Şimali Karolina Dövlət Universitetində sənaye dizaynı üzrə təhsil alarkən gəlib. O, xəyalını 2008-ci ilin ortalarında gerçəkləşdirməyə başlayıb.

Harmon nəticədə 2500 funt ağırlığında, bir çox müasir superkarlardan xeyli yüngül bir avtomobil yaradıb. O, avtomobilini Cadillac Northstar V8 mühərriki ilə təchiz edib.

Harmon, avtomobilin hazırlanmasında 20 müxtəlif ağac növündən istifadə olunduğunu bildirib. Məsələn, kuzov albalıdan, şassi və asqı isə ağcaqayın, palıd, hickory və göyrüşdən hazırlanıb.

Superkarın hər təkəri alüminium xarici örtüklər və taxta mərkəzi hissə də daxil olmaqla 300 fərdi komponentdən ibarətdir.
"Təkərləri bitirdikdə, düşünmürdüm ki, avtomobilin qalan hissəsini bitirə bilərik, çünki bu, çox vaxt apardı", - Harmon etiraf edib (Lent.az).

Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












