Alman avtomobil nəhəngi yeni helikopterini təqdim etdi - FOTO
Avtomobil nəhəngi “Mercedes-Benz” və “Airbus Corporate Helicopters” Braziliyada keçirilən xüsusi tədbirdə yeni dizaynlı vertolyotu təqdim ediblər.
Avtosfer.az xəbər verir ki, “Sensory Purity” dizayn fəlsəfəsi əsasında hazırlanan “ACH145 Mercedes-Benz Edition” modeli aviasiya və avtomobil texnologiyalarını bir araya gətirir.
Yeni vertolyot dünyanın ən işlək helikopter mərkəzlərindən biri hesab olunan San-Paulu şəhərində nümayiş etdirilib. Qiyməti 10 milyon dollardan çox olan model qısa müddətdə aviasiya sənayesində böyük marağa səbəb olub.
Vertolyotun kabin dizaynı “Mercedes-Benz”in flaqman avtomobillərindən ilham alaraq hazırlanıb. Xüsusilə “Mercedes-Maybach” və “Mercedes-Benz EQS” modellərinin interyer üslubu dizaynda əsas istiqamət kimi götürülüb. Daxili hissədə yüksək keyfiyyətli dəri üzlüklər, taxta döşəmələr və cilalanmış alüminium detallardan istifadə olunub. Salon ehtiyacdan asılı olaraq 4–8 sərnişin qəbul edə bilir və “uçan VIP zona” kimi təqdim edilir. Müştərilərə altı fərqli fərdiləşdirmə seçimi də təklif olunur.
Texniki baxımdan model “Airbus H145” vertolyotunun ən yeni beşqanadlı versiyası əsasında hazırlanıb. Yeni konstruksiya əvvəlki seriyalarla müqayisədə daha rahat uçuş təmin edir və səs-küy səviyyəsini minimuma endirir. Həmçinin faydalı yük tutumu 150 kiloqram artırılıb.
Vertolyot hər biri 894 at gücünə malik iki mühərriklə təchiz olunub və saatda 254 kilometr sürət yığa bilir. Təxminən 650 kilometr uçuş məsafəsinə malik olan model dörd saata qədər havada qala bilir.
Qeyd edək ki, bu model “Airbus” və “Mercedes-Benz” arasında 2010-cu ildən davam edən əməkdaşlığın növbəti mərhələsidir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək dünya üzrə ümumilikdə 26 xüsusi dizaynlı helikopter müştərilərə təhvil verilib.
Eltac Zülfüqaroğlu
"Porche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ










