Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO

“Audi”nin Çin bazarı üçün avtomobil layihələndirməsi heç kimə sirr deyil.
Avtosfer.az xəbər verir ki, 20 ildən çoxdur şirkət sırf Çin bazarı üçün avtomobillər layihələndirir və yerində istehsal edir. Lakin, bu maşınlar belə demək mümkünsə, Çin hüdudlarını aşmır (xırda istisnalarla ikinci əl avtomobilləri çıxmaq şərti ilə). Lakin, indi vəziyyət bir qədər dəyişib.
Çində istehsal olunan “AUDI E5 Sportback” və E7X modelləri Avropaya ixrac edilməyə başlayıb. İxracı “Audi”ilə əlaqəsi olmayan “Auto China” şirkəti həyata keçirir. SAIC-lə birgə hazırlanmış modellər Avropa üçün nəzərdə tutulmasa da, ixracatçı hansısa yolla Avropa bazarına daxil ola bilib. Elektromobillər üçün hansısa ekoloji tələb olmadığı üçün bazara girmək mümkün olub. Sözügedən elektromobillər Çində 2026-cı ilin avtomobili statusunu da ala bilib. Modellər Avropada müvafiq olaraq 73 000 və 89 000 avroya təqdim edilir. Hər ikisinin gediş ehtiyatı Çin standartı ilə təxminən 600 kilometr olsa da, Avropa norması bundan azı 30 faiz aşağı olur.
Lakin boz dilerin gətirdiyi maşını alanlar ciddi problemlə üzləşiblər: İttifaqın heç bir ölkəsində, o cümlədən “Audi”nin vətəni Almaniyada belə, bu modellərə zəmanət verilmir. Texniki xidmət, proqram təminatı və ehtiyat hissələrlə bağlı da ciddi çətinliklər mövcuddur. 800 və 900 voltluq arxitektura Avropa İttifaqı bazarına uyğun deyil.
Hələlik maşınlar təzə olduğu üçün məsələnin ciddiliyi çox da hiss edilmir. Lakin, alman ekspertlər başqa bir faktı nəzərə almağı tövsiyə edirlər: bir neçə ildən sonra avtomobili təkrar satmaq mümkün olmayacaq. Mühafizəkar avropalılar servisi olmayan ikinci əl maşına yaxın durmayacaqlar.
Vüqar Yaşaroğlu

"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?











