Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR

Əslində proses yeni deyil və Avtosfer.az olaraq mövzunu pandemiya dövründə də işıqlandırmışdıq. Dünyada böhranlar baş verdikdə insanlar qızıl, gümüş və digər bank metallarını yığmağa meyllənirlər. Çox varlı insanlar isə başqa bir yığım vasitəsini tərcih edirlər.
Proses özünü ilk dəfə 1980-ci illərin sonunda qlobal iqtisadi böhran zamanı göstərdi. Sonradan bu hal 2010-cu il qlobal iqtisadi böhranı və nəhayət koronavirus pandemiyaslı zamanı müşahidə edildi. İmkanlı adamlar “ehtiyat liman” kimi qızıl deyil, antik avtomobil almağa üstünlük verdilər.
Fevralın 28-də yaxın Şərqdə ABŞ-İran-İsrail qarşıdurması başlayandan sonra da qlobal bazarda oxşar proses müşahidə olunur. Belçikalı ekspert Ksavye Molenaar bidlirir ki, böhran zamanı bəzi kateqoriyadan olan maşınlar həm əyləncə, həm də yığım vasitəsi olur. Əvvəlki böhranlarda müşahidə olunan refleks Yaxın Şərq böhranı zamanı təkrar ortaya çıxıb.
Burada söhbət hər hansı köhnə maşından deyil, kolleksiya dəyəri olan texnikadan gedir. Bir şərtlə ki, maşın orijinal detallarını saxlasın, tarixçəsi bəlli olsun. Bəzi hallarda gələcəkdə kolleksiyaya yarayacaq təzə maşınlar da seçilə bilər.
Ekspert bildirir ki, 90-cı illərdə 50 min dollara olan “Ferrari 250 GTE” indi hazırda 300 min avrodur. Lakin əks proses də baş verə bilər. Vaxtilə Yaponiyada birja indekslərinin bir gündə çox adam milyonçu olmuşdu. Bu vaxt varlı yaponlar lüks maşınlara maraq göstərdilər.
Lakin sabun köpüyünün partladığı an da gəldi. 1989-cu ildə 14 milyon dollara alınmış “Ferrari 250 GTE” 1994-cü ildə 4 milyon dollara satıldı.
Ksavye Molenaar qeyd edir ki, böhran zamanı imkanlı şəxslər lüks avtomobillərindən qurtulmağa deyil, onu saxlamağa çalışırlar. Yığım vasitəsi kimi antik avtomobil alarkən tarixi olan, orijinal, spekulyasiyadan uzaq modellərə diqqət yetirilməlidir. Bu zaman həm qazanc olur, həm də əyləncə.
Vüqar Yaşaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı






















