Audi-dən yeni krossover Q8 - FOTO

Audi şirkəti Q8 adı almış yeni flaqman krossover təqdim edib. Avtomobilin təqdimatı Çinin Şençjen şəhərindəki xüsusi tədbirdə keçiriləcək. Avtosfer.az bildirir ki, Audi Q8-in uzunluğu 4,99 metr, eni 2 metr, hündürlüyü isə 1,71 metrdir. Təkər bazasının ölçüsü 3 metrdir. Beləliklə, krossover Volkswagen konserninin MLB şassisi üzərində yığılmış Q7 modelindən enli, qısa və alçaq alınıb. Bu arxitektura Lamborghini Urus, Bentley Bentayga və yeni nəsil Volkswagen Touareg-in əsasında da var. Arxa oturacaqlar yığıldıqda baqaj həcmi 1755 litr təşkil edir. Opsional olaraq 3 sıra oturacağı uzununa tənzimlənən sifariş etmək olar. Hələlik, mühərrik barədə məlumat açıqlanmır. Buna baxmayaraq, məlumdur ki, bütün güc qurğuları yumşaq hibrid sxemi (mild hybrid) üzrə 48-voltluq bort şəbəkə və remenli ötürücüsü olan starter-generatorla çalışacaq. Audi Q8 yerdən 254 mm aralıdır. Əlavə ödəniş etməklə adaptiv pnevmatik asılqan sifariş etmək olar. Bu asılqan yol şəraitindən asılı olaraq klirensi 90 mm-dək böyüdür və ya azaldır. Q8-in salonunda multimedia sisteminin idarəetməsinə cavabdeh olan 10,1-düymlük sensorlu displey quraşdırılıb. Mərkəzi konsolda daha bir 8,6-düymlük ekran var ki, onun vasitəsilə klimat qurğuları idarə etmək və mətn yığmaq mümkündür. Bu kompleks səstanıma imkanına malikdir.





ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












