Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır

Avropa elektromobil batareyaları sahəsində Çindən azı 20 il geri qalır.
Avtosfer.az xəbər verir ki, bunu yerli mediaya alman avtomobil eksperti Ferdinand Düdenhoffer bildirib.
Ekspertin fikrincə, kuzov hazırlanması və keyfiyyətli materiallardan istifadə baxımından almanlarla heç kim yarışa bilmir. Lakin batareya sahəsində uçurum böyükdür.
Avropa bu sahədə Çindən azı 20 il geridədir: “2025-ci ildə Avropa avtomobillərinin batareyalarının 70 faizi Çindən alınıb.
Yerli istehsalçılar çətinliklə üzləşdiyi dövrdə Çin şirkətləri artıq Avropada istehsal qurur”.
Ekspertin fikrincə, bu da təsadüfi deyil. Çinlilər batareyanı 30 faiz daha ucuz qiymətə istehsal etməyi bacarıb, avtomobilin layihələndirilmə müddətini isə 2 dəfə qısaldıblar.
Bunun sayəsində həm qənaət, həm də bazara daxilolma baxımından yüksək nəticə əldə edilib.
Düdenhofferin fikrincə, avropalılar çinsayağı səmərəlilikdən çox şey öyrənməlidirlər.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












