Avropa rəhbərliyinin avtomobil sənayesini dirçəltmək planı

Çin avtomobillərinin Avropa bazarına “ekspansiyası” köhnə qitədə siyasətçiləri düşündürməyə başlayıb. Təbii ki, avtomobil istehsalçılarının təzyiqi də burada müəyyən rol oynayıb.
Avtosfer.az xəbər verir ki, Avropa Komissiyası bir neçə plan üzərində işləyir. Başlıca məsələ elektromobil sahəsindəki geriləməni aradan qaldırmaqdır.
Bunun üçün komissiyanın birinci planı sənayedə səmərəliliyin artırılmasıdır. Başqa sözlə, daha çevik və təmiz istehsal üçün müəssisələrə yardım edilməsidir.
İkinci plan isə, elektromobilə süni tələbat yaratmaqdır. Bunun da əhalidən daha çox, firmalara faydası olacaq. Avropada təzə avtomobillərin 60 faizini müəssisə və təşkilatlar alır. Bu planda müəssisələrə elektromobil almaq üçün dotasiya verilməsi yer alır. Bu təqdirdə müəssisələr balanslarındakı avtomobilləri ikinci əl maşın kimi satışa çıxaracaq. Son nəticədə ikinci əl avtomobil daha əlçatan olacaq.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












