Avropada sürət rejiminə avtomobil özü nəzarət edəcək - FOTOLAR

Dünyanın əksər ölkələrində avtomobil qəzalarının səbəbləri arasında sürət rejiminin pozulması əsas yerdə dayanır. İndi Avropa İttifaqında buna çarə axtarırlar.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildən Avropada satılan təzə avtomobillərdə ağıllı sürət məhdudlaşdırıcı (ISA) tətbiq edilir. Bu sistem yüksək sürət zamanı sükanı silkələyir, sürücünü səslə xəbərdar edir.
Lakin bu sistemi söndürmək mümkün olduğundan çox da ciddi nəticə yaratmır.
Lakin rəsmi Brüssel bu sahədə dönüş nöqtəsi yaratmaq istəyir. Müasir proqram təminatları da buna imkan verir. Artıq layihə də hazırdır. Layihəyə görə, proqram təminatı yol işarələrini oxuya biləcək və nişanda göstərilən sürətə əməl edilmədikdə maşını avtomatik tormozlayacaq. Sürücü bu sistemə müdaxilə edə bilməyəcək.
Sistemin 2030-cu ildən tətbiq edilməsi nəzərdə tutulur. Brüsselin planı 2025-ci ildə Avropa yollarında 0 ölüm layihəsini reallaşdırmaqdır.
Vüqar

.jpg)
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












