Avropalı milyonçular ərəb şeyxlərindən nümunə götürürlər?

Son 60 ildə dünyada belə bir tendensiya formalaşmışdı ki, lüks avtomobil ilk növbədə sedan olmalıdır. Bir çox ölkədə elita, varlı təbəqə məhz sedana üstünlük verirdi. İndi isə görünür, qlobal tendensiya dəyişir.
Avtosfer.az xəbər verir ki, 2024-cü ildə Avropada cəmi 39 647 ədəd lüks sedan satılıb (mənbə: Dataforce təşkilatı). Bu da illik əsasda 32 faiz geriləmə deməkdir.
Maraqlı budur ki, elektromobillər də lüks avtomobil sevən avropalıların könlünü oxşamır. Modelindən asılı olaraq avropada ötən il lüks elektromobil satışı 45-53 fazi arası azalıb.
Lüks modellər arasında hibridlərə maraq nisbətən çoxdur. Bu kateqoriyadan olan maşınların satışı ötən il Avropada 16 faiz artıb. Bəs elə isə, avropalı milyonçular indi hansı kuzov tipinə maraq göstərirlər?
Cavab bəllidir: SUV, daha doğrusu bahalı krossoverlər. Ötən il Avropada SUV kateqoriyasından olan 324 000 ədəd lüks avtomobil satılıb ki, bu da 16 faiz artım mənasına gəlir. Hətta Mercedes GLS-in satışları yarıbayarı artıb. Statistika avropalı milyonçuların daha böyük və hündür maşınlara marağının artdığını göstərir. Lakin tədqiqatçılar bunun sosial səbəblərini izah edə bilmirlər.
PS. Görəsən bu məsələdə ərəb şeyxlərinin təsiri nə qədərdir?
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












