Avtomobil “mafiyası”: Kim hansı brendə sahibdir? - FOTO

Hər avtomobil brendinin arxasında bir böyük qrup dayanır. Hər “imperiya” özündə bir neçə böyük brendi birləşdirir.
Avtosfer.az xəbər verir ki, ingilislərin avtomobil “mafiyası” adı verdiyi qrupların hər birində bəzən ondan çox marka yer alır. Onların arasında aşağı büdcəli model istehsalçılarına da rast gəlmək olur, premium model təqdim edənlərə də.
.jpg)
Almaniyanın ən böyük avtomobil konserni “Volkswagen Group” aşağıdakı markaları birləşdirir:
Audi;
Bentley;
Lamborghini;
Volkswagen;
Porsche;
Cupra.
Scout.
Nəzərə alaq ki, motosiklet istehsalçısı “Ducati” də bu qrupa daxildir. Bir müddət əvvələdək Fransanın məşhur “Bugatti” şirkəti də “Volkswagen” imperiyasının tərkib hissəsi idi.
Hindistanın “TATA Motors” qrupu kifayət qədər tanınmış istehsalçıları birləşdirir. Qrupun fəaliyyəti avtomobil istehsalı ilə məhdudlaşmır:
Land Rover (Range Rover, Defender, Discovery);
Tata;
Jaguar;
Iveco Group.
“BMW Group”a isə aşağıdakı markalar daxildir:
Mini;
Rolls-Royce;
BMW;
Alpina.
Əlavə olaraq bavariyalı istehsalçının “BMW Motorrad” bölməsi də var.
Hyundai Motor Group:
Genesis;
Kia;
Hyundai;
Ioniq (elektromobil).
General Motors:
Buick;
Cadillac;
Chevrolet;
GMC.
Toyota Motor Corporation:
Lexus;
Toyota;
Daihatsu;
Hino (yük avtomobilləri).
Niderland hüququ ilə fəaliyyət göstərən “Stellantis” qrupu isə nə az, nə çox 15 markanı birləşdirir. Bura “Fiat Chrysler Automobiles” qrupunun alınması ilə 10 (Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat Automobiles, Fiat Professional, Jeep, Lancia, Maserati, Ram), Fransanın PSA qrupunun alınması ilə 5 marka daxil olub(Citroën, DS Automobiles, Opel, Peugeot, Vauxhall).
Fransa hüququ əsasında təsil edilmiş “Renault-Nissan-Mitsubishi” alyansının da əhatə dairəsi kifayət qədər böyükdür:
Renault Korea Motors
Dacia
Alpine
Nissan
Infiniti
Datsun
Mitsubishi Motors
Venucia.
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












