Avtomobil qəzalarını yaradan ƏSAS SƏBƏB – Sürücülər bunu bilməlidir

Sürücülərin əksəriyyəti avtomobildə yaranan nasazlıq zamanı daha çox "ikinci əl" ehtiyat hissələri satılan mağazalara üz tutur. Detalların baha olması, yeni ehtiyat hissənin tapılmaması ucbatından işlənmiş “zapçast”lara tələbat xeyli çoxdur. Lakin bu cür ehtiyat hissələr ucuz, keyfiyyətcə isə xeyli aşağı olur.
Xaricdə "ikinci əl" ehtiyyat hissələrinin istifadəsi demək olar ki, yoxdur. İşlənmiş detalların davamlılığı olduqca aşağıdır və bəzi hallarda avtoqəzaların baş verməsinin başlıca səbəbi də məhz budur.
Mövzu ilə bağlı danışan təcrübəli avtomobil təmirçisi Xəyyam Səlimov bildirib ki, sürücülər üçün "ikinci əl" ehtiyyat hissələri faktiki qəza riski daşıyır:
“İşlənmiş “zapçast” alma ucuz ətlə şorba bişirmək kimidir. Yəni pul baxımından qabağa düşdüyünü düşünürsən, amma bir müddət sonra sənə bu daha baha başa gəlir. Məsələn, 100 manat verib təzə təkər almaq yerinə 50 manat verib az işlənmiş təkər alırsan. Sonra həmin təkər səni elə vəziyyətdə yolda qoyur ki, zərərin 100 yox, 500 manat olur.
Doğrudur, mən sürücüləri başa düşürəm. Elə maşın var ki, onun ehtiyat hissəsi, detalı çox baha olur. Amma nəzərə alınmalıdır ki, sabah hansısa bədbəxt hadisə və ya qəza baş verəndə insan bir ömür peşmançılıqla yaşaya bilər.
Ümumiyyətlə, sürücülərə demək istəyirəm ki, texniki qulluğunu, təmirini maddi olaraq qarşılaya bilmədiyiniz maşını almayın. Nə vacibdir? Maşın insanı bir yerdən başqa yerə aparmaq üçün yaradılıb. Bahalı və lüks maşınla kişi olmursan. Avtomobili olanlara məsləhət görürəm ki, maşınlarının texniki qulluğunu, təmirini vaxtı-vaxtında etsinlər”.
Usta qeyd edib ki, "ikinci əl" ehtiyat hissələrinin bir çoxu ümumiyyətlə istifadəyə yararsız olur:
“Mənim özüm gələn müştərilərimə “zapçast”ın təzə və nisbətən ucuz satıldığı yerləri məsləhət görürəm. Amma hansısa “ölüxana”dan çıxarılmış köhnə detalın istifadəsi qətiyyən düzgün deyil. Elə ehtiyat hissələrinin çoxu vaxtilə qəzaya düşmüş maşınlardan sökülüb götürülür. Həmin detal qəza zamanı ciddi zərbə ala və öz funksiyasını itirə bilər. Hansısa naşı usta onu təzə maşına quraşdırır və sürücünün bundan xəbəri olmur. Bir müddət sonra bu detal qəzanın baş verməsinə səbəb olur. Belə hadisələri çox eşitmişik, görmüşük.
"İkinci əl" ehtiyat hissələrindən uzaq durmaq lazımdır. Ən pis variantda başı çıxan, detalı düzgün tanıyan bir nəfəri aparıb, “zapçast”ı elə almaq lazımdır”.
(yeni.sabah)
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ










