Avtomobil şosunda ilin avtomobili seçildi - FOTO

Martın 30-dan Nyu-Yorkda beynəlxalq avtosalon fəaliyyətə başlayıb. Bu şou artıq 118-ci dəfə keçirilir. Bu dəfə qonaqlara bir mindən artıq ekspanat göstəriləcək. Dünya avtomobil sənayesinin yenilikləri ilə tanış olmaq üçün 1 milyon nəfərin gələcəyi gözlənir. Arzu edənlər öz gözləri ilə bütün avtomobilləri görə biləcəklər. Bunun üçün onların bilet üçün 17 dollar ödəməsi kifayətdir. Avtosalonda nümayiş etdirilən avtomobillərin əksəriyyəti ABŞ-da satılacaq. Burada təmtəraqlı təqdimatdan başqa, “İlin dünya avtomobili-2018” müsabiqəsi də keçirilir. Minlərlə eksponat arasından yaxın illərdə bizim yollarda da görə biləcəyimiz avtomobillər var. “İlin dünya avtomobili-2018” müsabiqəsinin qalibi krossover Volvo XC60 olub. Avtomobildə yüksək City Safety təhlükəsizlik texnologiyası həyata keçirilir. Bu texnologiya qəzaya düşmə riskini minimuma endirir. Model müsabiqədə, Kia Stinger, Land Rover Discovery, BMW X3, Mazda CX-5, Range Rover Velar, Toyota Camry və s. kimi rəqiblərlə finalda mübarizə aparıb.
1. Volvo XC60

2. Toyota RAV4

3. Kia K900 4.

4. Hyundai Tucson

5. Audi RS 5 Sportback

6. Volkswagen Teramont

Elmin
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












