Bahalı avtomobilləri ilə göz çıxaran azərbaycanlı məşhurlar - FOTO

Bahalı həyat tərzi ilə seçilən azərbaycanlı məşhurlar bahalı avtomobil nömrələri və markaları ilə gündəmdədir. Avtosfer.az big.az-a istinadən avtomobilləri ilə göz çıxaran məşhurların siyahısını təqdim edir:
Siyahıya bu yaxınlarda ata olan müğənni Xəyyam Nisanovla başlayırıq. Avtomobillərə olan marağı ilə diqqət çəkən müğənni "Bentley" sürür.
Müğənni Xatirə İslamın iki avtomobili olduğu bildirilir. Müğənni “Porsche” və “Lexus” markalı avtomobil sürsə də, sonucu dəfə "Gelandewagen"də görüntülənib.
Xalq artisti Aygün Kazımova "Chevrolet Camarillo Cabriolet" markalı avtomobil sürür.
ATV kanalında yayımlanan "Həkimsən" verilişinin aparıcısı İlhamə Bədəlova ağ rəngli "Mercedes Gelandewagen" markalı maşın sürür.

Aşıq Əli özü üçün xüsusi avtomobil hazırlatdırıb. Maşınından danışan aşıq: “Avtomobili Bakıdan almışam. Türkiyəyə göndərdim ki, içərisini istədiyim kimi dizayn etsinlər. Mən maşın sürmürəm, sürücü idarə edir. Ona görə də özüm üçün rahatlıq yaratdım. İçində hər bir şəraiti var. Çay dəmləməkdən tutmuş, internetə kimi... Bir sözlə vanna otağından başqa hər şey yığılıb. Avtomobili 50 minə aldım. İçərisinin dizaynına isə 65 min avro xərclədim” deyib.
Müğənni Rüfət Axundov da avtomobilə olan həvəsi ilə seçilən məşhurlardandır. Müğənninin maşın kolleksiyasının olduğu da bildirilir. O, sonuncu dəfə "Range Rover" avtomobili ilə görüntülənib.

Əməkdar artist Cavanşir Məmmədovun üç maşını var. C.Məmmədovun kolleksiyasında 1966-cı illərə məxsus “Chrysler”, “Rolls Royce” və "Cadillac Escalade" var.

Müğənni Nadir Qafarzadə “Maserati” sürür.
ATV-nin tanınmış aparıcısı Nanə Ağamalıyeva da avtomobil sürməyi sevir. O, "Porche" sürür.
Tanınmış prodüser Tarix Əliyev (Tolik) də bu yaxınlarda özünə "Gelandewagen" alıb.
Müğənni Sevda Yəhyayeva da tez-tez avtomobilində fotolar paylaşır. Xanım ifaçının "Mercedes" markalı avtomobili var.


Müğənni Orxan Babazadə də bahalı avtomobili olan məşhurlar sırasındadır. O, "Bentley" sürür.
Əməkdar artist Ədalət Şükürovun “Lotus” markalı idman stilli maşını var.
Müğənni Sevil-Sevinc bacıları da "Volkswagen Touareg" sürür.

Aktrisa Pərvin Abıyeva da "Porche" sürür.
Meyxanaçı Namiq Qaraçuxurlu "Lexus" markalı avtomobil sürür.
Aparıcı Vüsalə Əlizadə də bu yaxınlarda özünə "Porche" alıb.

Müğənni Günay İbrahimli də avtomobil sürməyi sevən məşhurlardandır. Xanım ifaçı hazırda "Porche" sürür.

Müğənni Şəbnəm Tovuzlu da zaman-zaman avtomobiləlri ilə gündəmə gələn məşhurlardandır. Xanım ifaçı hazırda "Bentley Continental GT" markalı avtomobil sürür.

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












