"Bentley" yüksək sürətli avtomobil Wi-Fi sistemini təqdim edib

Siz Bentley sedanın arxa oturacağında əyləşərək evdən ofisə və ya ofisdən evə qayıdarkən işləməyi sevən insanlardansınız? O zaman, sizin üçün sevindirici xəbərimiz var. Bu günlərdə Bentley şirkəti avtomobil üçün ən sürətli, etibarlı və təhlükəsiz Wi-Fi sistemini təqdim edib. Yeni texnologiya gələn ildən başlayaraq bütün Bentley modellərində quraşdırılacaqdır.
Bentley Advanced Connectivity Wi-Fi sistemi 110 km/saat sürətində arxa cərgənin sərnişinlərinə eyni zamanda bir neçə tətbiqdən istifadə etmək və yüksək keyfiyyətli videoya baxmaq imkanı verəcəkdir. İnternet yolboyu əlçatan olacaqdır. Belə bir imkan Viasat telekommunikasiya şirkətinin dəstəyi sayəsində mümkün olubdur. Viasat şirkəti hazırda bütün dünya üzrə 14 milyon daxilolma nöqtəsinə malikdir.
Bundan başqa, Bentley eyni zamanda üç operatoru bir sürətli siqnalda birləşdirmək imkanına malik olan çoxkanallı virtual şəxsi şəbəkəsinə (VPN) də sahibdir. Avtomobilin baqaj bölümündə quraşdırılmış router birbaşa avtomobilin elektrik şəbəkəsindən qidalanır. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












