"BMW" 720 mindən çox avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-də yanğın riski səbəbindən 720 796 avtomobili geri çağırır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatlarına istinadən xəbər yayıb.
Qurum avtomobil sahiblərinə nəqliyyat vasitələrini təmir edilənədək açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.
BMW nasazlığın aradan qaldırılması üzərində işləyir. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosunda yaranan problemə görə geri çağırılaraq təmir edilmiş avtomobillərlə bağlı sonradan 10 yanğın hadisəsi qeydə alınıb.
NHTSA-nın məlumatına əsasən, geri çağırış 2012-2018-ci illərdə istehsal edilmiş BMW 3-cü və 5-ci seriyalı avtomobilləri, X1, X3, X4 və Z4 modellərini, eləcə də bəzi digər nəqliyyat vasitələrini əhatə edəcək.
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












