Bu ilin ən yaxşı 10 kompakt avtomobili - SİYAHI

Krossoverlər dünyada ən populyar avtomobil növlərindən biri olaraq qalmaqda, lakin ucuz kompakt modellərə tələbat hələ də davam edir. Bəzi sürücülərə şəhər səyahətləri üçün ideal olan kiçik bir avtomobil lazımdır. Avtosfer.az "valyuta.az" istinadən xəbər verir ki, "Autocar" jurnalı 2025-ci ilin ən yaxşı 10 kompakt avtomobilini sıralayıb. Ekspertlər favoriti müəyyən etmək üçün bu seqmentdə onlarla modeli testdən keçiriblər. "Fiat Grande Panda" kompakt krossoveri bu reytinqin lideri olub. Ekspertlərin sözlərinə görə, bu model sahiblərinə təklif edəcək çox şeyə malikdir. "Fiat Grande Panda" 1980-ci illərin orijinal modelinin stilində parlaq dizaynı ilə diqqət çəkir. Bundan əlavə, krossover "yumşaq" hibrid qüvvə qurğusu və ya tamamilə elektrik versiyası şəklində təklif olunur. Ekspertlər "Fiat Grande Panda"nı kompakt ölçülərinə baxmayaraq geniş interyerinə və həmçinin höcət qiymətinə görə yüksək qiymətləndiriblər. Həmçinin, bu modelin saxlanmasının aşağı dəyəri sürücüləri məmnun edəcək.
2025-ci ilin ən yaxşı 10 kompakt avtomobili:
1. Fiat Grande Panda
2. Renault 5 E-Tech
3. Renault Clio
4. Volkswagen Polo
5. MINI Cooper E
6. Toyota Yaris
7. Citroën ë-C3
8. Suzuki Swift
9. Kia Picanto
10. Ford Puma.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












