Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Avtomobil sektorunda 2026-cı ilin ilk rübü üzrə istehsal və ixrac göstəriciləri açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Avtomobil İstehsalçıları Assosiasiyası (OSD) tərəfindən yayılan məlumata əsasən, yanvar-mart aylarında ümumi istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 321 min 856 ədəd təşkil edib.
Məlumatda bildirilir ki, minik avtomobillərinin istehsalı daha ciddi azalma nümayiş etdirib. Belə ki, bu seqmentdə istehsal 18% azalaraq 181 min 364 ədədə düşüb. Traktor istehsalı da daxil olmaqla ümumi istehsal həcmi isə 327 min 16 ədəd olub.
Bununla belə, kommersiya nəqliyyat vasitələri seqmentində artım qeydə alınıb. Hesabata görə, ümumi kommersiya nəqliyyat vasitələrinin istehsalı 14%, ağır kommersiya nəqliyyat vasitələri 20%, yüngül kommersiya nəqliyyat vasitələri isə 13% artıb. Bu dövrdə sənayenin istehsal gücündən istifadə səviyyəsi 60% təşkil edib.
İxrac göstəricilərinə gəldikdə isə, ümumi avtomobil ixracı 15% azalaraq 215 min 323 ədədə düşüb. Bu azalmanın əsas səbəbi minik avtomobillərinin ixracında qeydə alınan 29 faizlik geriləmə olub. Eyni zamanda, kommersiya nəqliyyat vasitələrinin ixracı 5 faiz, traktor ixracı isə 12 faiz artıb.
Eltac Zülfüqaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












