Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI

Müasir dövrdə avtomobilə sahib olmaq artıq bir çox insan üçün zərurətə çevrilib və demək olar ki, hər kəs maşın almağa can atır. Lakin sürücülərin heç də hamısı avtomobilin texniki xüsusiyyətləri və düzgün istismarı barədə kifayət qədər məlumatlı deyil. Bu isə bəzən ən sadə amma mühüm detallara diqqətsizliklə nəticələnir.
Belə vacib məqamlardan biri də mühərrikin normal işləməsini təmin edən antifrizdir. Bu maye mühərrikin temperatur balansını qorumaqla yanaşı, onun uzunömürlü olmasında da mühüm rol oynayır. Buna baxmayaraq, bir çox sürücü antifrizin əhəmiyyətini ya düzgün qiymətləndirmir, ya da onun istifadəsi ilə bağlı incəlikləri nəzərə almır.
Maraqlıdır, bəs sürücülərin antifrizlə bağlı ən çox etdiyi səhvlər hansılardır?
Məsələ ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamsında bildirib ki, sürücülərin antifrizlə bağlı diqqət yetirməli olduğu xüsusi məqamlar var:

“Antifrizlər avtomobillərin konstruksiyasına görə müxtəlif rənglərdə olur. Adətən 3 və ya 4 rəng növünə rast gəlinir. Hər bir avtomobil istehsalçısı hansı rəng antifrizi tövsiyə edirsə, məhz həmin antifrizdən istifadə olunmalıdır. Bundan əlavə, antifrizlərin istismar müddəti də nəzərə alınmalıdır. Ümumiyyətlə, 2 il və ya 40–60 min kilometrdən sonra antifrizin dəyişdirilməsi tövsiyə olunur. İlin fəslindən asılı olmayaraq avtomobilin mühərrik soyutma sisteminə su tökmək düzgün deyil. Bu, mühərrik başlığında, su nasosunda, radiator və salon qızdırıcısı radiatorunda tıxanmalara səbəb olur. Nəticədə müəyyən müddətdən sonra avtomobildə qızma problemi yaranır və digər texniki nasazlıqlar yaranır ki, bu da mühərrikin sıradan çıxmasına gətirib çıxara bilər. Sürücülər arasında “yayda su, qışda antifriz istifadə etmək olar” kimi yanlış fikir mövcuddur. Əslində isə bu, qətiyyən düzgün yanaşma deyil. Avtomobildə bütün fəsillərdə antifriz istifadə olunmalı və onun səviyyəsi, eləcə də keyfiyyəti daim nəzarətdə saxlanılmalıdır. Bundan əlavə, antifrizin tərkibi mütəmadi yoxlanmalı, keyfiyyətinin normal olub-olmamasına diqqət yetirilməlidir. Bu, həm avtomobilin ömrünü uzadır, həm də mühərrikdə qızma ilə bağlı problemlərin qarşısını alır. Xüsusilə bəzi avtomobil markaları, məsələn “Chevrolet” və “BMW” kimi modellər qızmaya daha meyilli olur. Bu cür avtomobillərdə antifrizin keyfiyyətsiz olması və ya yanlış mayenin istifadəsi mühərrikin qızmasına və ciddi nasazlıqlara səbəb ola bilər”.
Nurcan Babək
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












