“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR

30 il əvvəl “Volkswagen” konserni “Bugatti”ni alaraq onu yenidən canlandırmışdı.
Avtosfer.az xəbər verir ki, almanlar markanı aldıqdan sonra istehsal canlandı, 60 ildən çox davam edən durğunluq və böhran başa çatdı. “Veyron”, “Chiron” və digər modellər sayəsində markanın dünya şöhrəti özünə qayıtdı.
Bu günlərdə isə “Porsche” (“Volkswagen” konserninə daxildir) “Bugatti”dəki payını 1 milyard avroya satıb. Bununla da fransız brendində alman iştirakı başa çatıb.
Zavodun yeni sahibi də məlumdur. Bu, Xorvatiyanın “Rimac” qrupudur. Qrupun rəhbəri Mate Rimakın lüks avtomobillər sahəsində təcrübəsi var. Rimakın başlıca planı şirkətin uzunmüddətli inkişafı üçün yeni konsepsiya hazırlamaqdır.
1909-cu ildə Fransanın Molshaym şəhərində təsis edilmiş şirkətin qara günləri 1939-cu ildən başlayıb. Şirkətinin qurucusu Ettore Buqattinin oğlu, konstruktor Janın 30 yaşında ölməsi şirkətə ağır zərbə oldu. Ardınca İkinci Dünya müharibəsi başladı. Ettore silah istehsalına yönəlsə də, uğur əldə edə bilmədi.
Qeyd edək ki, firma adına görə çox adam “Bugatti”ni İtaliya markası hesab edir. Buqatti ailəsi əslən Romadan olsa da, həyatlarının əsas hissəsi Fransanın Elzas regionunda keçib.
Ağ-qara fotoda: Ettore və Emil Buqatti.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














