Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır

Avropada Reyn, Elba və Dunay kimi böyük çaylarda su səviyyəsinin tarixi minimuma enməsi təkcə gəmiçiliyə və suvarmaya problem yaratmaqla qalmayıb, başqa maraqlı artefaktların da üzə çıxmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, ötən həftə bolqarıstanlı tarixçilər Roma dövrünə aid körpünün qalıqlarına rast gəlmişdilər. Daha əvvəl Vermaxta məxsus tank Reyn çayında üzə çıxmışdı.
Bu günlərdə isə Dunayın Budapeştdən keçən hissəsində Hitler ordusuna məxsus motosiklet üzə çıxıb. Mototexnikanın yanında 2 alman əsgərinin skeleti və bir mina da aşkar edilib.
Bu cür tapıntılar avropalı avtomobil kolleksiyaçılarını hərəkətə keçirib. Onlar quruyan çaylarda qalmış texnikanı əldə etmək üçün müxtəlif platformalarda elanlar yerləşdirir, qalıqları tapanlara mükafat vəd edirlər.
Suda 80 ildən çox qalmış texnika təbii ki istismara tam yararsızdır. Lakin, kolleksiyaçılar üçün onların dəyəri böyükdür.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












