Ceyms Bondun avtomobili 25 nüsxəlik tirajla buraxılacaq - FOTO

Aston Martin şirkəti DB5 modelinin buraxılışını bərpa etməyi planlaşdırır. İstehsalçı, 1964-cü ildə çəkilmiş «Qoldfinger» filmində istifadə edilən avtomobilin 25 nüsxəlik dəqiq surətini buraxmaq niyyətindədir.
Sportkarın istehsalı orijinal Aston Martin DB5 modelinin vətənində Nyuport-Paqnelldə təşkil ediləcəkdir. Sportkarın qiyməti 2,75 milyon funt-sterlinq olacaqdır. Ümumilikdə DB5 modeli, «Qoldfingerdən» savayı britaniya kəşfiyyatının xüsusi cəsusu haqqında çəkilən yeddi filmdə iştirak edib. Bunlar «Şar ildırımı», «Qızıl göz», «Sabah heç zaman ölməyəcək», «Kazino «Royal»», «007: Koordinatlar «Skayfoll»», «007: Spektr» filmləridir.
EON Productions kinostudiyası ilə birlikdə inşa edilən yeni Aston Martin DB5 modeli filmdəki orijinal avtomobil kimi yalnız Silver Brich rənginə boyanacaqdır.
Avtomobil «cəsus» qadjetləri ilə də təchiz ediləcəkdir ki, bunların arasında xüsusi effektlərin britaniya koordinatoru olan Kris Korbuld təırəfindən hazırlanmış dönən nömrələr də olacaqdır. İlkin məlumata əsasən, yeni DB5 modeli müştərilərə 2020-ci ildə çatdırılacaqdır.
Avtomobil kolleksiya nüsxəsi olacaqdır ki, bu da avtomobilin ümumi yollarda istismarının qadağan edildiyi anlamına gəlir. (Autograph)





O.Ə.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












