Çin avtomobillərinin sığorta problemi

Çin istehsalı olan nəqliyyat vasitələrinin bir çox ölkədə ciddi paya sahib olması hamıya məlumdur. Bu ölkə elektromobil istehsalı və həcminə görə isə dünya lideridir. Lakin məsələ problemsiz ötüşmür.
Avtosfer.az xəbər verir ki, Avropada Çin avtomobili alanlar artıq ciddi sığorta problemləri ilə üzləşirlər. Elektromobil sahiblərinin işi daha ağırdır. Bu texnikanın təmiri ənənəvi avtomobillərdən daha baha başa gəlir. Çin elektromobillərinin təmirinə gəlincə isə, bu barədə yetərli qədər təcrübə, proqram təminatı, ehtiyat hissələri və kataloq yoxdur. Hətta bir çox ölkədə rəsmi dilerdə belə, kuzov detallarını tapmaq həftələrlə vaxt aparır. Bu səbəbdən bir çox sığorta şirkəti ya Çin elektromobillərini sığorta etmir, ya da çox böyük qiymətə, benzin analoqlarından 4-5 dəfə yüksək qiymətə sığortalayır. Belə bir faktı da nəzərə azlaq ki, elektromobilə əsasən gənclər maraq göstərirlər. Bu da sığorta şirkətləri üçün xərclərin artması deməkdir.
Əgər 5-6 il əvvəl avropada elektromobillər daha aşağı qiymətə sığortalandığı üçün maraq cəlb edidisə, indi vəziyyət dəyişib. Avropada ucuz sığorta dövrü bitdiyi üçün ikinci əl elektromobillərə maraq da azalır.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












