Çində 150 min dollarlıq maşının əyləc pedalı test zamanı qırıldı - VİDEO

"Huawei" və JAC tərəfindən istehsal olunan, ən üst komplektasiyası 1.016 milyon yuan (təxminən 149 700 dollar) qiymətində olan lüks MPV modeli "Maextro V800"ün təcili tormozlama sınaqları zamanı əyləc pedalı qırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Çin mətbuatında məlumatlar yayılıb.
Yayımlanan videoda qapalı trekdə 100 km/saatdan 0 km/saata qədər təcili tormozlama testləri zamanı üç fərqli, azyürüşlü "Maextro V800" avtomobilində əyləc pedalı kronşteyninin tamamilə qırılması görünür.
Sınaq nəticələrində uğursuzluq hər üç test avtomobilində ardıcıl olaraq qeydə alınıb. İlkin təhlillər pedal qovşağında potensial struktur zəifliklərinin olduğunu göstərir. Qırılmış detalların baxışı zamanı yüksək gərginlik olan sahələrdə qaynaq izləri, eyni zamanda, materialın nazik olması və kifayət qədər gücləndirici detalların olmaması aşkar edilib. Bu da lokal strukturun dağılmasına səbəb ola bilər.
"Maextro V800"ün istifadəçi təlimatında açıq şəkildə bildirilir ki, "P" rejimindəki təcili əyləc yalnız yavaşlamaq üçündür və ənənəvi tormozlamanı tam əvəz edə bilməz. Bu isə avtomobilin idarəetməsini itirmək kimi ciddi bir risk yaradır.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












