Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş

Çində baş verən ölümlə nəticələnən qəzalar və aparılan təhlükəsizlik araşdırmalarından sonra 4 milyondan çox elektromobil təcili geri çağırma kampaniyasına cəlb olunub. Siyahıda “Tesla”nın təxminən 3 milyon avtomobili də yer alır.
Avtosfer.az xəbər verir ki, Çin hökuməti qəza zamanı avtomobildən çıxışı çətinləşdirə bilən gizli qapı tutacaqları ilə bağlı 2,98 milyon “Tesla”nı əhatə edən geri çağırma qərarı qəbul edib.
Araşdırmaya “Model 3”, “Model Y”, “Model S” və “Model X” modelləri də daxil edilib. Əsas narahatlıq qəza zamanı aşağı gərginlikli elektrik sisteminin sıradan çıxması nəticəsində qapıların açılmaması və sərnişinlərin avtomobildə ilişib qalması ilə bağlıdır.
Məlumata görə, “Xiaomi” elektromobillərinin iştirakı ilə baş verən bəzi qəzalarda qapıların açılmaması və ölüm hallarının qeydə alınmasından sonra məsələ daha geniş şəkildə araşdırılıb. Geri çağırma kampaniyasına “XPeng” və “Geely” kimi digər istehsalçıların avtomobilləri də daxil edilib.
“Tesla” geri çağırılan avtomobillərə xəbərdarlıq etiketlərinin yerləşdiriləcəyini və qəza zamanı şüşələrin avtomatik aşağı salınmasına imkan verən yeni proqram təminatı yeniləməsinin təqdim olunacağını açıqlayıb.
Bununla yanaşı, avtomobil üzrə mütəxəssislər proqram təminatı yeniləmələrinin və xəbərdarlıq etiketlərinin mexaniki problemləri tam aradan qaldırmaya biləcəyini bildirirlər.
Çin hökuməti isə 1 yanvar 2027-ci ildən etibarən ölkədə satılacaq bütün avtomobillərdə həm daxili, həm də xarici qapılar üçün mexaniki açma mexanizminin olmasını məcburi edən yeni qaydanın qüvvəyə minəcəyini açıqlayıb. ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) da oxşar şikayətlərlə bağlı yeni təhlükəsizlik standartının hazırlanması imkanlarını araşdırır.
Eltac Zülfüqaroğlu
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?











