Çində beynəlxalq avtomobil sərgisi davam edir – FOTO

Çinin Quancou şəhərində davam edən 16-cı beynəlxalq avtomobil sərgisi davam edir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, dünyada ən böyük avtomobil sərgilərindən hesab olunan bu tədbirdə yerli və xarici istehsalçıların 1085 avtomobili nümayiş olunur. Bir çox şirkət yeni modellərini ilk dəfə məhz Quancou sərgisində təqdim edir. Məsələn, “Audi” sərgidə tamamilə yenilənmiş A6 modeli və elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri də daxil olmaqla 20 yeni avtomobilini nümayiş etdirir.





BMW-nin dizayn, görünüş, idarəetmə baxımından yenilənmiş və “ağıllı” texnologiyalarla təchiz olunmuş X5 modeli sərgidə diqqət çəkən avtomobillərdəndir. Altı silindrli mühərrik və 8 pilləli steptronik sürət qutusuna malik 4-cü nəsil BMW X5 modeli saatda 100 kilometr sürətə 5,5 saniyəyə çatır.
“Mercedes-Benz”in tam yenilənmiş 4 qapılı “AMG GT” kupe, yeni “A” və “C” klass modelləri, habelə “Mercedes-Maybach S 680” modeli də daxil olmaqla 37 avtomobilini sərgidə nümayiş etdirir. Mühərriki 639 at gücündə olan kupe “AMG GT” saatda 100 kilometr sürətə 3,2 saniyəyə çatır. İki rəngli “Mercedes-Maybach S 680” modeli məxsusi olaraq Çin alıcıları üçün dizayn edilib.
Sərgidə elektrik enerjisi ilə işləyən avtomobillərə maraq daha böyükdür. Belə ki, yerli və xarici şirkətlərin sərgidə, ümumilikdə, 150 avtomobil modeli nümayiş olunur. Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına əsasən, yanvar-oktyabr aylarında ölkədə elektrik enerjisi ilə işləyən 850 mindən çox avtomobil satılıb ki, bu da əvvəlki ilin göstəricisindən 70 faiz çoxdur. Çin elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına və satış sayına görə dünyada birinci yerdədir. Bu cür avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına gələcəkdə cədvəl üzrə qadağa qoymağı da düşünür. Bundan başqa, hökumət şəhər təsərrüfatında elektrik enerjisi ilə işləyən avtomobillərin tətbiqinə də başlayıb.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










