Çində yeni rüsum: Elektromobillər bahalaşacaqmı

Sentyabrın 1-dən etibarən Çİndə elektromobil batareyaları üçün 2 faizlik istehlak vergisi tətbiq edəcək.
Avtosfer.az xəbər verir ki, göstərilən tarixdə bu batareyalar üçün vergiyə tətbiq edilmiş 11 illik moratorium başa çatır. 2027-ci ilin sntyabrında isə rüsum 4 faizə qaldırılacaq. Qayda litium və nikelı tərkibli batareyalara şamil edilir, “gələcəyin batareyası” hesab edilən natrium tərkibli qurğular isə hələlik vergidən azaddır.
Çinli ekspertlərin hesablamalarına görə, yeni qayda hər elektromobilin maya dəyərinin 50-160 dollar arası bahalaşmasına səbəb olacaq. 20 min dollar dəyərində olan texnika 0,3-0,8 faiz arası bahalaşacaq.
Dünyada elektromobil batareyalarının əksəriyyətini CATL istehsal edir. Bu səbəbdən istər Çin, istrərsə də Avropa modellərində bahalaşma qaçınılmaz olacaq. Avropada fəaliyyət göstərəcək Çin zavodları da batareya hissələrini elə Çindən gətirəcək. yeni rüsum yarımfabrikatlara da şamil edildiyindən istehsalın yerinin dəyişdirilməsi rüsumdan yayınmağa imkan verməyəcək.
Hazır elektromobillərin qiymətlərinə gəlincə: bu qərara görə yaxın aylarda elektromobil qiymətlərinin ciddi şəkildə artacağını gözləməyə dəyməz. Zavodların və dilerlərin anbarlarında hələ çox sayda maşın var. Rüsum sentyabrın 1-dən reallaşacaq satışlara şamil edilir.
Bundan başqa, çinli ekspertlərin proqnozuna görə, ölkədə hazırda 9 faiz olan ixrac vergisi gələn il 11-13 faizədək artırıla bilər. Bu da yaxın illərdə Çin maşınlarının bahalaşmasını qaçınılmaz edəcək.
Vüqar Yaşaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












