Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir

Çinin avtomobil sənayesində uzun illərdir davam edən sürətli artım mərhələsinin 2026-cı ildə zəifləyəcəyi proqnozlaşdırılır.
Avtosfer.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) açıqlamasına görə, zəif daxili tələbat və beynəlxalq qeyri-müəyyənliklər avtomobil satışları və ixracın artım tempinə mənfi təsir göstərəcək.
Assosiasiyanın qiymətləndirməsinə əsasən, 2026-cı ildə Çində avtomobil satışları cəmi 1% artacaq. Bu göstərici 2025-ci ildə qeydə alınmış 9,4%-lik artımla müqayisədə xeyli aşağıdır. Xüsusilə elektrikli nəqliyyat vasitələri və şəbəkəyə qoşulan hibridlərin satış artımı 28,2%-dən 15,2%-ə enəcək.
Avtomobil ixracında da yavaşlama gözlənilir. 2025-ci ildə ixracın 21,1% artmasına baxmayaraq, 2026-cı il üçün bu rəqəmin cəmi 4,3% olacağı proqnozlaşdırılır. CAAM bildirir ki, əhalinin qeyri-sabit gəlirləri və iş yerlərini itirmə qorxusu daxili bazarda alıcılıq qabiliyyətini zəiflədir.
Çin-Aİ razılaşması ticarət gərginliyini azalda bilər
Çin və Avropa İttifaqı elektrikli nəqliyyat vasitələrinin idxalı ilə bağlı davam edən mübahisəni yumşaltmaq üçün konkret addımlar üzərində razılığa gəliblər. Avropa Komissiyasının məlumatına görə, minimum qiymət limitlərinin tətbiqi və idxal həcmlərinin tənzimlənməsi sahəsində irəliləyiş əldə olunub.
Razılaşmaya əsasən, Çin tərəfi daxili subsidiya siyasətini yenidən nəzərdən keçirəcək, şəffaflıq tələblərinə əməl edən şirkətlər isə məhsullarını Aİ bazarına daha aşağı tariflərlə ixrac edə biləcəklər. Məqsəd mümkün ticarət müharibəsinin qarşısını almaq və bazarda ədalətli rəqabəti qorumaqdır.
Kanada Çin elektromobillərinə rüsumları azaldır
Çinlə ticarət münasibətlərində mühüm addım atan Kanada, elektrikli nəqliyyat vasitələrinə tətbiq edilən tarifləri azaltmaq barədə razılıq əldə edib. Kanadanın Baş naziri Mark Karninin Pekinə səfəri zamanı imzalanan razılaşmaya əsasən, Çin elektromobillərinə tətbiq olunan 100%-lik rüsum ləğv ediləcək.
Bunun əvəzində, 49 minədək idxal olunan avtomobilə 6,1% güzəştli rüsum tətbiq ediləcək. Karni bildirib ki, bu addım həm yerli sənaye innovasiyalarını təşviq edəcək, həm də Kanadanın iqlim hədəflərinə töhfə verəcək.
“Xiaomi” elektrik avtomobil bazarında iddialı planlar qurur
Texnologiya nəhəngi Xiaomi elektrikli avtomobil bazarında mövqelərini gücləndirməyə davam edir. Şirkət 2026-cı ildə tədarüklərini 34% artıraraq 550 min elektrikli nəqliyyat vasitəsi satmağı hədəfləyir. Bu plan 2025-ci ildə 410 mindən çox avtomobil satışı ilə əldə edilən uğurlu nəticələrə əsaslanır.
2021-ci ildə avtomobil sektoruna daxil olan “Xiaomi” artıq ilk rüblük mənfəətini qeydə alıb. Şirkət 2026-cı ilədək yenilənmiş SU7 və yeni SUV modelləri də daxil olmaqla dörd yeni avtomobil təqdim etməyi planlaşdırır. Analitiklər “Xiaomi”ni “Tesla”nın Çin bazarındakı əsas rəqiblərindən biri kimi qiymətləndirirlər.
“Porsche” ABŞ-də rekord satışa imza atdı
Alman avtomobil istehsalçısı “Porsche” 2025-ci ildə ABŞ bazarında tarixi satış rekordu qırıb. Şirkət il ərzində 76 min 219 avtomobil sataraq indiyədək ən yüksək göstəriciyə nail olub.
Satışların artımında “Macan” modeli əsas rol oynayıb – bu modeldən 27 moin 139 ədəd satılıb. “Cayenne” (20 min 314 ədəd) və “Porsche 911” (13 min 574 ədəd) isə növbəti yerləri tutub. Bununla belə, elektrikli “Taycan” modelinə tələbat kəskin azalıb və 2025-ci ilin son rübündə satışlar illik müqayisədə təxminən üç dəfə geriləyib. Eyni zamanda, sertifikatlı işlənmiş avtomobillərə tələbat 11% artıb./Yeniavaz.com
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO
Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU
Dünya bazarında elektromobil istehsalçılarının payı - FOTO
Ötən il dünyada ən çox hansı avtomobillər satılıb? – ARAŞDIRMA
Dünyada cəmi yeddi ədəd olan avtomobil hərraca çıxarılıb - FOTOLAR
Moskvada avtomobil sayı azalır – SANKSİYA SƏBƏB DEYİL - FOTO
Çində avtomobil ixracı ilə bağlı yeni qaydalar qüvvəyə mindi
Bu ölkədə hələ də SSRİ-dən qalma qaydalar qüvvədədir - FOTO











