Dizaynı ən çox tənqid olunan 5 avtomobil - FOTO

Avtomobil yalnız nəqliyyat vasitəsi deyil, həm də sahibinin imicini formalaşdırır. Buna görə də dizayn çox vaxt modelin uğurunu müəyyənləşdirir. Bəzi maşınlara baxanda isə ağla yalnız bir sual gəlir: "Niyə?"
Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, ABŞ-ın “SlashGear” nəşri bazarda ən çox tənqid olunan dizayna malik avtomobillərin siyahısını hazırlayıb.
"Pontiac Aztek"

İnnovativ krossover kimi nəzərdə tutulsa da, uğursuz dizaynı ilə simvola çevrilib. Maraqlı funksiyaları, məsələn, baqajdakı çadırı olsa da, yöndəmsiz xətləri və nisbətləri ona daim “ən eybəcər avtomobillər” siyahılarında yer qazandırıb.
"SsangYong Rodius"

"Mercedes-Benz" mühərrikləri ilə təchiz edilsə də, dizayn baxımından uğursuz olub. Yüksək damı və qəribə arxa hissəsi səbəbindən sanki sedanla yük avtomobilinin birləşməsinə bənzəyir.
"Nissan Juke"

İlk təqdimatından bəri mübahisələr doğuran modeldir. Soğanabənzər ön faraları və qeyri-adi formaları çoxlarının tənqidinə səbəb olub. Görünüşünə baxmayaraq, bazarda uzun müddət mövqeyini qoruyub.
"Aston Martin Lagonda"

1974–1990-cı illərdə istehsal olunub. Qutu formalı, kəskin xətləri ilə bəziləri üçün futuristik görünsə də, əksəriyyət tərəfindən həddən artıq sərt və anlaşılmaz sayılıb.
"Nissan S-Cargo"

Küçük yük maşını yuvarlaq pəncərələri və balaca təkərləri ilə “ilbiz” ləqəbini alıb. Görünüşü elə təsir bağışlayır ki, sanki təsadüfi detallardan yığılmış kimi görünür. Qısa zamanda “Nissan”ın dizayn məğlubiyyətlərindən biri kimi tarixə düşüb.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












