Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət

Doldurulabilən hibridlər hazırlanarkən onların ətraf mühitlə bağlı problemlərdən çıxış yolu olduğu düşünülürdü.
Avtosfer.az xəbər verir ki, mühəndislər belə bir nəzəriyyəyə əsaslanırdılar: ucuz və rahat olduğu üçün sürücülər əsasən elektrikdən istifadə edəcəklər. Bahalı benzinə pul vermək, xüsusən də Avropada, məntiqsizdir. Lakin nəzəriyyə və təcrübə bəzən üst-üstə düşməyə bilir.
Dizelqeyt qalmaqalını aşkarlamış ICCT təşkilatının araşdırması başqa reallığı üzə çıxarıb. Məlum olub ki, doldurulabilən hibridlər nəzərdə tutulandan 5 dəfə daha çox zəhərli qaz xaric edir. Bu həcm ildən-ilə artır. Real və nəzərdə tutulan emissiyalar arasında fərq 2021-ci ildə 260 faiz olduğu halda, ötən il 400 faizi keçib.
Bu artımda səbəb həm texnolojidir, həm də vərdişlə bağlıdır. Gediş ehtiyatını artırmaq üçün batareyaların kütləsi ağırlaşdırılır. Fizika qanunlarına görə ağır yükü daşımaq üçün daha böyük qüvvə sərf olunur.
Ən əsası isə sürücülərin davranışıdır. Doldurulabilən hibridlər layihələndirilərkən mühəndislər düşünürdülər ki, sürücülər yolun maksimum 20 faizini benzinlə hərəkət edəcəklər. Təcrübə isə rəqəmin daha yüksək olduğunu göstərir. Bir çox sürücü avtomobili həftələrlə doldurmur və onu adi benzin mühərrikli maşın kimi idarə edir.
Nəticədə ağır avtomobilin sərfiyyatı da artır, ətraf mühitə buraxdığı tullantılar da.
Vüqar Yaşaroğlu
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












