Donald Trampın zirehli “Vəhşi”si üzə çıxdı – VİDEO

ABŞ prezidenti Donald Trampın yeni limuzini Nyu-Yorkda üzə çıxıb. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, Tramp korteclə şəhərin küçələrindən keçib. ABŞ prezidentini gəzdirən avtomobil “The Beast”, yəni vəhşi adlandırılıb. İlk dəfə “Vəhşi” Trampın BMT Baş Assambleyasında çıxışı ərəfəsində üzə çıxıb. İki limuzinin fotosu Xüsusi Xidmət Orqanının Tvitter səhifəsində paylaşılıb. Sonradan isə “YouTube” portalında video çarx da yayımlanıb. Trampın limuzini “Cadillac”dır. “CT6” seriyasını xatırladır. Texniki göstəricilər barədə məlumat verilmir. Prezidentin mühafizə xidməti sir saxlamağı xoşlayır. Bəzi məlumatlara görə “nəhəng” limuzin 7 nəfərlikdir. Onun uzunluğu 8 metrdir və çəkisi 7-9 tondur. Bu çəki təhlükəsizlik sistemi ilə əlaqədardır. Ehtimal edilir ki, kapotun altında V8 tipli, 6.6 litr həcmli turbo dizel mühərrik var. 600 at gücü olan mühərrik “Duramax” şirkətinin istehsalıdır. “Vəhşi” minanın üzərindən keçə bilər, qumbara və snayper gülləsini dəf edə bilər və ətrafına gözyaşardıcı qaz buraxa bilər. Eyni zamanda qaz hücumu, kimyəvi və bioloji silaha qarşı etibarlıdır. Avtomobil Ağ Evə 15.8 milyon dollara başa gəlib.
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










