Dubay: Tərk edilmiş lüks avtomobillər və aldanan tamahkarlar - FOTO

Dubay küçələrində lüks avtomobillərin şütüməsi adi haldır. Hətta avtomobil sənayesinin beşiyi olan Almaniya və Fransanın böyük şəhərlərində bu sayda lüks avtomobil yoxdur. Lakin Dubaydan fərqli olaraq Berlində, Ştutqartda və ya Londonda binaların zirzəmiləri tərk edilmiş lüks avtomobillərlə dolub-daşmır. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, Dubayda lüks avtomobillərin çoxluğu zərurətdən deyil, şöhrətpərəstlikdən irəli gəlir. Əhali özünün yüksək təbəqəyə aid olduğunu göstərmək üçün böyük həcmdə kredit götürərək lüks avtomobil və villalar alır. Bir xalq məsəli ilə desək, atını atlara qoşur.
Lakin krediti qaytarmaq vaxtı gəldikdə obrazlı desək, Kərəmi ağlamaq tutur. Çoxları çarə olaraq kreditdəki evini və mülkünü atıb xaricə qaçır. Bunu edənlərin arasında əcnəbilər də var, yerlilər də. Nəticədə binaların parkinqləri, şəhərə yaxın boş ərazilər və hətta səhralar da atılmış lüks maşınlarda dolub-daşır.
Vəziyyətdən istifadə edərək bulanıq suda balıq tutmaq istəyənlər də tapılır. Bəzi işbazlar bu tip avtomobilləri elan saytlarında yerləşdirərək “satışa çıxarırlar”. Ucuz qiymətə lüks maşın sürmək, yaxud belə maşını gətirib ikiqat qiymətə satmaq istəyənlər də bu fırıldaqçıların toruna düşürlər. “Satıcı” avtomobil üçün müəyyən ödəniş aldıqdan sonra maşının uzağı 1 aya çatdırılacağını deyir. Lakin maşın gəlib çıxmır. “Satıcı” ilə əlaqə də saxlamaq mümkün olmur.
Bu cür aldananlara dünyanın əksər ölkəsində rast gəlmək mümkündür. Fırıldaqçıların toruna düşməmək üçün bir neçə yüz min dollarlıq maşını 10-15 min dollara təklifd edənlərə inanmamaq lazımdır. Bu cür avtomobillərin sənəd üzərindəki əsl sahibi olmadığı üçün heç kim onu sata bilməz. Satılmaq və ölkədən çıxarılmaq yalnız məhkəmə qərarı ilə mümkündür. Şübhəsiz, hansısa adekvat insan ərəbin səhrada sürdüyü “Maybach” və ya “Benley”ni ucuz qiymətə alıb ölkəsinə gətirmək üçün Dubay məhkəmələrinə təpik döyməz.
Vüqar
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
“Pobeda”: çürüməyən avtomobil, yoxsa kolxozsayağı istehsal? - FOTOLAR
“Tesla”nın Hindistanda elektromobil istehsalı başlamadan bitdi - FOTO
“Lada”nın Almaniyada yarım əsrlik fəaliyyəti başa çatdı
Çin avtomobillərində elektronikanın “reanimasiyası”: SÖNDÜR-YANDIR DÜZƏLƏCƏK
2025-ci ildə dünyada elektromobil və hibrid alışına 60 milyard dollar dəstək verilib
ABŞ avtomobil nəhəngindən sensasiyalı qərar: Bu funksiya ləğv edildi - RƏSMİ














