Dubayın maşın bazarı belə işləyir - FOTO

Birləşmiş Ərəb Əmirlikləri azərbaycanlıların avtomobil almaq üçün üz tutduğu əsas yerlərdən biridir. Əmirliyin ən çox avtomobil alveri olan şəhəri Dubaydır. Bəs bu şəhərdə avtomobil satışı necə təşkil edilib?
Avtosfer.az xəbər verir ki, Dubayda hər avtosalon adətən bir neçə markanın satışı ilə məşğul olur. Salonlarda həm təzə, həm də ikinci əl avtomobillər təqdim edilir. Almazdan əvvəl test sürüşü sifariş vermək mümkündür.
Dubayda avtomobil almaq üçün burada yaşayış icazəsinin olasına ehtiyac yoxdur. Bura bir neçə günlük səfər edən hansısa turist də avtomobil ala bilər. Ondan tələb olunan yeganə sənəd pasportdur.
Avtosalonda ödəniş həm köçürmə, həm də nağd ola bilər. Lakin Şərq ənənəsinə uyğun olaraq satıcılar nağd ödənişi daha çox sevirlər.
Dubayda maşın almağın digər variantı hərraclardır. Hərracda iştirak etmək istəyən şəxs satın almaq istədiyi maşının start qiymətinin 30 faizini beh kimi qoymalıdır. Maşın başqasına qismət olsa beh sahibinə qaytarılır.
Üçüncü satış üsulu isə elan saytlarıdır ki, bunun üçün də ərəb dili bilmək şərtdir.
Vüqar
.jpg)
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












