Dünyanın ən çox yanacaq sərf edən mühərriki: dəqiqəyə 260 litr

Avtomobil almaq istəyən hər bir adamı ilk düşündürən qənaət məsələsi olur. Bu səbəbdən bir çox adam Dizel mühərrikli maşına üstünlük verir. Amma bəzən Dizel də “acgöz” olur.
Avtosfer.az xəbər verir ki, ən böyük Dizel mühərrikləri gəmilərdə quraşdırılır. Onların kütləsi ağır, dövr sayı az olsa da minlərlə at gücü hasil edə bilirlər.
Finlandiyanın “Wartsila” şirkətinin hazırladığı mühərrik dünyada ən böyük və güclü dizel hesab edilir. 14 silindrli mühərrikin uzunluğa 26,6 metr, hündürlüyü 13 metrdir.
Porşenlərin hər birinin diametri 1 metr, gedişi 2,5 metrdir. Mühərrikin ümumi həcmi və kütləsi də təsəvvür edilməyəcək qədər böyükdür: 1820 litr və 114 800 at gücü.
İndi isə gəldik mühərrikin “iştahına”: maksimal fırlanma tezliyi 120 dövr/dəqiqə olan mühərrikinin 1 silindrinə hər sorulma taktında 160 qram gəmi yanacağı gedir. Bunu ümumiləşdirsək, dəqiqəyə 257 litr, saata isə 8000 litrədək sərfiyyat edir. Təbii ki, orta hesablama ilə. Yüklü vəziyyətdə sərfiyyat saatda 10 tonadək çıxa bilir.
Mühərrikin apardığı yükə gəlincə. “Wartsila”nın bu mühəndislik möcüzəsi 400 metr uzunluğu, 60 metr eni olan konteyner gəmisini hərəkətə gətirir. Daşınan 12 min ədəd konteynerlə birlikdə gəminin kütləsi isə 200 min tona yaxındır.
Amma əsas məqamı unutmaq olmaz. Gəminin yükgötürmə qabiliyyəti çox olduğundan onu istismar etmək sərfəlidir. Bu gəminin istismarının hər dəqiqəsi puldur.
Vüqar Yaşaroğlu
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı















