Dünyanın ən sürətli avtomobilləri - Saatda 500 km ... - TOP-10

Aparıcı avtomobil istehsalçıları satışa, gəlirliliyə və müxtəlif maraqlı elektrik avtomobilləri yaratmağa diqqət yetirərkən, bəzi brendlər diqqətlərini sürətə yönəldirlər. O qədər çox idman avtomobili var ki, ən sürətlisini müəyyən etmək olduqca çətindir. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, "Autocar" yazır ki, bunu etmək üçün mütəxəssislər ictimai yollarda istismar üçün təsdiqlənmiş avtomobillər bazarını diqqətlə təhlil ediblər. Birinci yerdə kiçik İsveç şirkəti "Koenigsegg"in "Koenigsegg Jesko Absolut" modeli qərarlaşıb. "Jesko" modeli 2021-ci ildə istehsal olunmağa başlayıb. O, kifayət qədər məşhur "Koenigsegg Agera"nın varisi olub. Təxmin edilir ki, "Jesko Absolut" saatda 500 km-dən çox sürət əldə edə bilər – istehsalçı maksimum sürətin 531 km/s ola biləcəyini bildirib, lakin bu rəqəm hələ rəsmi təsdiqlənməyib. Əgər "Jesko Absolut" nəzəri maksimal sürətinə çatsa, o, indiyədək istehsalda olan ən sürətli avtomobil olacaq.
Dünyanın TOP-10 ən sürətli avtomobili:
1. Koenigsegg Jesko Absolut – 531 km/s
2. Yangwang U9 Xtreme – 496 km/s
3. Bugatti Chiron Super Sport 300+ – 490 km/s
4. SSC Tuatara – 455 km/s
5. Bugatti Mistral – 453 km/s
6. Bugatti Tourbillon – 445 km/s
7. Hennessey Venom F5 – 436 km/s
8. Rimac Nevera R – 431 km/s
9. Koenigsegg Agera RS – 431 km/s
10. Bugatti Veyron Super Sport – 431 km/s.
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












