Elektromobilə obkatka lazımdırmı?

Bu termini gənc nəsil çox da yaxşı bilmir və burada təəccüblü heç nə yoxdur. Müasir avtomobillər 30 il əvvəlkindən fərqlidir. Lakin obkatkanın şərtləri yumşalsa da, özü aradan qalxmayıb. Vaxtilə rəhmətlik Tağı müəllim də metroya təzə alınan qatarların obkatkasından söhbət açardı. Bəs elektromobildə vəziyyət necədir?
Burada belə bir sualı ortaya çıxır: müasir dövrdə istilik mühərrikləri minimum məsafədə obkatka olunursa, elektrik mühərrikinin obkatkaya nə ehtiyac var? Heç sovet vaxtında belə, elektrik mühərrikinə belə tələb irəli sürülməyib!
Avtosfer.az xəbər verir ki, ekspertlər təzə alınmış elektromobil üçün obkatkanın şərt olduğunu deyirlər. Söhbət mühərrikdən getmir. Elektrik mühərriki zavodda yoxlanır və detallar uyğunlaşdırılır. Lakin eyni şeyi şinlərə və tormoz sistemi barədə söyləmək olmur. İlk bir neçə yüz kilometrdə şinlər istilik
rejiminin kəskin dəyişməsinə məruz qalır. Tormoz qəliblərinin diskə oturuşması da vaxt aparır.
Buna görə də, elektromobil sahibləri ilk 500 kilometr məsafəni ehtiyatla sürməlidir.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












