Elektromobilini şarja qoşub tətilə getdi; qayıdanda maşın işləmirdi - FOTO

ABŞ-ın Arizona ştatında maraqlı hadisə yaşanıb. “Tesla Cybertruck” sahibi AJ Esguerra adlı şəxs iki həftəlik məzuniyyətə getməzdən əvvəl avtomobilini şarj cihazına qoşaraq evdən uzaqlaşıb. Lakin geri qayıtdıqda onu xoşagəlməz sürpriz gözləyib: elektrikli avtomobili işə düşməyib.
Avtosfer.az xəbər verir ki, Esguerra baş verənləri sosial media hesabında paylaşaraq “Tesla”dan yardım istəyib. O bildirib: “Köməyə ehtiyacım var. 2 həftə tətildə idik və təzə qayıtdıq, amma “Cybertruck” ümumiyyətlə açılmır. Proqramı yoxladım, sonuncu dəfə 11 gün əvvəl şarj olunub”.
Hadisə ilə bağlı yayılan xəbərlərə görə, Arizona ştatında müşahidə olunan ekstremal istilər avtomobilin batareyasına və sisteminə mənfi təsir göstərib. “Tesla” şirkəti dərhal məsələni nəzarətə götürüb, avtomobili servisə göndərərək texniki baxışa başlayıb.
![]()
Araşdırma nəticəsində məlum olub ki, avtomobilin sıradan çıxmasına nasaz elektrik çeviricisi (inverter) səbəb olub. Hazırda “Cybertruck” texniki servis mərkəzindədir və problemin aradan qaldırılması üçün işlər aparılır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yüksək temperatur şəraitində elektrikli avtomobillərin uzun müddət fasiləsiz şarjda saxlanılması batareya və elektron sistemlər üçün zərərli ola bilər. Bu səbəbdən sürücülərə avtomobillərini uzun müddət şarj cihazında nəzarətsiz saxlamamaq tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












