Elektromobillərdə enerji itkisi hansı səviyyədədir?

Şəbəkədən elektromobilin batareyasına ötürülən cərəyan heç də bütövlükdə təyinat nöqtəsinə gedib çatmır. Onun müəyyən hissəsinin yolda itməsi labüddür. Bəs bu itkiyə səbəb nədir?
Avtosfer.az xəbər verir ki, elektrik şəbəkəsində dəyişən cərəyan istifadə edildiyi halda, elektromobillər (metro qatarı kimi) sabit cərəyəan tələb edir. Bunun üçün də yükləmə zamanı invertor deyilən qurğudan istifadə edilir.
İsveçrədə avtomobil klublarından biri 3 il ərzində müxtəlif markalı elektromobillərin doldurulması zamanı itirilən enerjini ölçüb. Sınaqlar təzə, 11 kilovattlıq üçfaza qurğularla doldurulan maşınlarda aparılıb.
Məlum olub ki, belə doldurma zamanı həm enerjinin çevrilməsi, həm də batareyanın daxili müqavimətinə görə itki 11 faizə çıxır. Bu da qurğuların qızmasına səbəb olur. İtən elektrik enerjisi istilik enerjisinə çevrilir. Bu da riyazi dildə o deməkdir ki, siz il ərzində 15 000 kilometr qət etdiyiniz təqdirdə 1637 kilomtr getməyə imkan verəcək qədər enerji itkisi ilə üzləşirsiniz. Getmədiyiniz bu yolun xərci sizin cibinizdən çıxır.
Ev şəraitində doldurma zamanı itki daha böyükdür. Almaniyanın ADAC avtoklubunun hesablamasına görə 220 voltluq klassik şəbəkədən doldurma zamanı itki 25 faizi özə bilir. Başqa sözlə, ildə 10 000 kilometr qət etdikdə, əlavə olaraq 2500 kilometrin də pulunu ödəyirsiniz.
Vüqar
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar











