Banner

Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları

Avtodünya 2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
WhatsApp kanalımıza abunə olun

Avtomobil istehsalı çox mürəkkəb prosesdir. Onun rentabelliliyi bir çox parametrdən asılıdır.  

Avtosfer.az xəbər verir ki, bu ilin ilk yarısında hazırladığı avtomobildən ən çox mənfəət götürən şirkət “Ferrari” olub. “Car Industry Analysis” təşkilatına görə əməliyyat gəlirləri belə hesablanır. Əməliyyat gəliri = ümumi gəlir – inzibati xərclər – reklam məsrəfləri. 

Bir “Ferrari” satışından əldə edilən mənfəət 2 “Jaguar”, 4 “Tesla” və 25 “Porsche”yə bərabərdir. Ümumilikdə hesablama zamanı “Ferrari” etalon kimiu götürülüb.

Əməliyyat gəliri nöqteyi-nəzərindən lider istehsalçılar: JLR, “Porsche”, “Tesla”, “Mercedes”, GM, “Ford”, BMW, “Toyota”, “Volvo”.

“Ferrari”dən 100 – 180 dəfə daha az mənfəətə sahib istehsalçılar: BYD, GWM, “Renault”, “Kia”, VW, “Geely”, “Hyundai”, “Stellantis”, “Chery”.

“Ferrari”dən 250-1335 dəfə geridə olanlar: “Suzuki”, “Mitsubishi”, “Nissan”, “Leapmotor”, “Changan”, JAC, BAIC, “Li Auto”.

Əməliyyat gəlirləri baxımından ən uğurlu çinli istehsalçılar BYD, “Great Wall”, “Geely” və “Chery”dir.

Vüqar

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh