Ənənəvi mühərrikli avtomobil satışında geriləmə

2025-ci ildə Avropa İttifaqında elektromobil satışı 30 faiz artaraq 1 milyon 880 min ədədə çatıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, elektromobillərin bazar payı 17,4 faizə yüksəlib.
Avtosfer.az xəbər verir ki, bununla belə, ölkələr üzrə artım ciddi fərqlərlə ifadə olunur. Elektromobil satışları İspaniyada 77 faiz artdığı halda, Almaniyada 43 faiz, Niderlandda 18 faiz çoxalıb.
İl ərzində sadə hibridlərin satışı 13,7 faiz artaraq 3,3 milyon ədəd təşkil edib. Qitədə satılan təzə avtomobillərin 30 faizindən çoxunu sadə hibridlər təşkil edir.
Sürət yarışına çıxan hər iki sürücü saxlanıldı - DYP yeni görüntülər yaydı - VİDEO
Doldurulabilən hibridlər isə il ərzində 1 milyon ədəd satılaraq bazarın 9,4 faizini təşkil edib. Hibrid satışının azaldığı yeganə ölkə Fransa olub.
Daxiliyanma mühərrikli avtomobillərin bazar payı isə 45,2 faizdən 35,5 faizə enib. Hesabat dövründə ittifaqda bu tipdən 2 milyon 880 min ədəd avtomobil satılıb. Ənənəvi avtomobillərin bazar payı 3 il ərzində yarıbayarı azalaraq 26,6 faizə enib.
Daxiliyanma mühərrikli avtomobillərin satışında ən ciddi azalma 32 faizlə Fransada, 21,6 faizlə Almaniyada və 18 faizlə İspaniyada qeydə alınıb.
Markalar üzrə satışlara gəlincə, yenə də Avropa modelləri liderlik edir. İlk onluqda cəmi 1 Yaponiya, 1 Koreya və 1 Çin markası yer alır.
Vüqar
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO












