“Ferrari Pista” kabriolet banında - FOTO

Ferrari şirkəti Pebbl-Biçdə keçirilən festivalda kabriolet banında Pista-nı təqdim edib. Kupe 488 Pista kimi, Spider də 3,9-litrlik, ikili turbo yükləyicisi olan, 711 a.g. və 770 Nm fırlanma anı verən V8 ilə təchiz edilir. Avtosfer.az auto.az-a istinadən bildirir ki, kabriolet yerindən 100 km/saata 2,85 saniyəyə sürətlənir. Avtomobil 200 km/saat sürəti isə 8 saniyəyə yığır (kupedən 0,4 saniyə gec). Kabrioletin maksimal sürəti 340 km/saatdır. Ferrari 488 Pista Spider kupedən 91 kq ağırdır (1377 kq). Lakin o, yenə də yüngül sportkardır. Spider Ferrari-nin tarixində kabriolet banında 50-ci olan modeldir.
Hələlik yeniliyin qiyməti barədə məlumat verilmir. Həmçinin yeniliyin Ferrari 16M Scuderia Spider və Ferrari 458 Speciale Aperta kimi məhdud sayda olub-olmayacağı məlum deyil.







ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












