"Ferrari" yeni model hazırlayıb

Ferrari şirkəti yeni superkarın ilk görüntüsünü yayıbdır. Yeni superkar 17 sentyabr tarixində keçiriləcək xüsusi tədbirdə debüt edəcəkdir. Zavoddaxili F176 indeksinə malik olan spidster 812 Superfast modelinin bazasında inşa ediləcəyi ehtimal olunur.
Ferrari 812 Monza adlandlırılacaq superkar 2000-ci ildə təqdim edilmiş Ferrari Rossa konseptinə bənzəyəcəkdir. Avtomobilin dizaynı Pininfarina atelyesi tərəfindən 250 Testa Rossa modelindən ilham alınaraq hazırlanmışdır. Yeni superkarın seçilən elementləri alçaq alın şüşəsi və relyefli təhlükəsizlik qövsləri olacaqdır. Superkarın güc qurğusu barədə məlumat verilməyib.
Adi Ferrari 812 Superfast modeli 800 at qüvvəsi hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki ilə təchiz edilir.
Yeddi pilləli iki muftalı robotlaşdırılmış qutu ilə tandemdə çalışan mühərrik superkarı 100 km/saat həddinə 2,9 saniyəyə sürətləndirir. Kupenin maksimal sürəti 340 km/saatdır. (Autograph)
Orxan
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












