Ford Bronco - ilk fotoşəkillər

Ford şirkətinin bir zamanlar Amerika Birləşmiş Ştatların da çox populyar olan Bronco modelini dirçəldəcəyi barədə məlumat vermişdik. Ofrouder barədə məlumat verilməsə də, onun Jeep Wrangler modelinə rəqib olacağı və mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəyi məlum olanlardan idi.
Bu gün AutoGuide nəşrinə dirçəldilmiş ofrouderin fotoşəkillərini əldə etmək nəsib olub. Nəşr yeni Ford Bronco modelinin şəkillərinin Las-Veqasda keçirilən diler konferensiyasında çəkildiyini iddia edir. Yeni Bronco barədə texniki məlumat verilməsə də, onun xarici görünüşü artıq sirr deyil.
Yeni nəsil Ford Bronco modelinin rəsmi təqdimatı gələn ilin ilk yarısında keçiriləcəkdir. Çox güman ki, modelin debütü Detroyt avtosalonunda baş tutacaqdır. Bronco modelinin satışlarına 2019-cu ilin payızında başlanmalıdır. (Autograph)




"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










