"Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil 30 il qarajda qaldı - FOTO

ABŞ-də baxımsız qalan məşhur "DeLorean DMC-12" idman avtomobili tapılıb.
Avtosfer.az "WD Detailing"ə istinadən xəbər verir ki, "Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil 1990-cı illərin ortalarından bəri qarajda saxlanılıb.
Minnesota ştatında tapılan nadir avtomobilin sahibi var. Amerikalı qadın bildirib ki, mərhum əri avtomobil kolleksiyaçısı olub. Kişi bir neçə "Ferrari" avtomobilinə sahib olub və 1990-cı illərin əvvəllərində "DeLorean DMC-12"ni almaq qərarına gəlib.
Mərhumun oğlu idman avtomobilinin Kaliforniyada alındığını və alışdan dərhal sonra atası ilə birlikdə onu Minnesotaya sürdüyünü bildirib.
Avtomobilin yürüşü cəmi 33.500 km-dir. Kupe 2,9 litrlik, 130 at gücündə V6 mühərriki və 5 pilləli mexaniki transmissiya ilə təchiz olunub. Nəqliyyat vasitəsi 0-dan 100 km/saat sürətə 10,5 saniyədə çatır və maksimal sürəti 201 km/saat-dır.
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
















