Gəmi yanğınının səbəbi elektromobil imiş

2023-cü ildə Şimal dənizində alışan “Fremantle Highway” rolkeri (avtomobildaşıyan gəmi) ilə bağlı təhqiqat başa çatıb.
Avtosfer.az xəbər verir ki, yanğında 1 nəfər ölmüş, 22 nəfər xəsarət almışdı. Sığorta şirkətləri ziyanı 330 milyon dollar dəyərində qiymətləndirərək rolkerdəki maşınların çoxunu utilizasiyaya verdi.
İndi ictimaiyyətə açıqlanan təhqiqatda yanğına səbəb kimi BMW-nin istehsal etdiyi elektromobil göstərilir.
Gəmidəki yanğın detektorları vaxtında işə düşüb. Lakin yanğınsöndürmə sistemi elektromobilləri söndürəcək qədər su və köpük ehtiyatına malik olmayıb.
Məlum olub ki, gəminin pandusu (yükləmə pilləsi) çox dar olduğu üçün yükləmə zamanı elektromobilin batareyası zədələnir. Bu da bir müddət sonra qısaqapanma və alovlanmaya səbəb olur.
Ümumilikdə isə hazırda istismar olunan gəmilər daxiliyanma mühərrikli avtomobillərin daşınması üçün layihələndirilib. Yanğın zamanı elektromobilə 10 ton suyun sərf edilməsi gəminin ballastını poza və batıra bilər.
Vüqar
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı












