Gürcüstan 6 ildən köhnə avtomobillərin idxalını qadağan edir

Gürcüstan hökuməti 6 ildən çox istismar müddəti olan nəqliyyat vasitələrinin ölkəyə idxalını qadağan edən qanun layihəsini parlamentə təqdim edib.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında məlumat verib.
Baş nazirin sözlərinə görə, təşəbbüs ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması və şəhərlərdə nəqliyyat hərəkətinin daha rahat təşkili məqsədi daşıyır.
İ.Kobaxidze bildirib ki, son illər ölkədə nəqliyyat vasitələrinin sayı kəskin şəkildə artıb. Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda 864 min nəqliyyat vasitəsi qeydiyyatda olubsa, hazırda bu göstərici 2 milyonu keçib.
Baş nazir qeyd edib ki, avtomobillərin sayındakı bu artım bir tərəfdən yol tıxaclarının yaranmasına, digər tərəfdən isə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.
"Hesab edirik ki, bu sahədə əlavə və vacib tədbirlərin görülməsi zəruridir. Bu məqsədlə 6 ildən artıq yaşı olan nəqliyyat vasitələrinin idxalına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi parlamentə təqdim olunub. Kiçik istisnalar da nəzərdə tutulacaq. Bu addım ekologiya, insanların sağlamlığı və rahat hərəkətinin təmin edilməsi baxımından vacibdir", – deyə Baş nazir bildirib./report
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar











