Havanın temperaturu elektromobilin qət etdiyi məsafəni azaldır - ARAŞDIRMA
İqlim dəyişikliyi və ətraf mühitlə bağlı narahatlıqlar elektrikli nəqliyyat vasitələrinə (EV) keçidi sürətləndirsə də, bu sahədə yeni bir problem də gündəmə gəlir.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, temperaturun yüksəlməsi elektrikli avtomobillərin batareyalarının ömrünü qısalda bilər. Bununla belə, batareya texnologiyasında son illərdə əldə olunan irəliləyişlərin bu problemi müəyyən qədər aradan qaldırmaq potensialına malik olduğu bildirilir.
Məlumatlara görə, son illərdə ekoloji səbəblərdən elektrikli nəqliyyat vasitələrinə maraq sürətlə artıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı statistikaya əsasən, 2025-ci ilin dekabrında Avropa İttifaqında tam elektrikli avtomobillərin satışlarının ilk dəfə olaraq yalnız benzinlə işləyən avtomobillərin satışını üstələyəcəyi gözlənilir. Eyni zamanda, hibrid avtomobillərin qeydiyyatının artması da bu keçidin sürətləndiyini göstərir. Proqnozlara görə, 2025-ci ilin sonuna qədər benzinlə işləyən avtomobillərin qeydiyyatı 18,7 faiz azalacaq.
Bununla yanaşı, ekstremal hava şəraiti elektrikli avtomobillərin istifadəçiləri üçün əsas narahatlıq mövzularından biri olaraq qalır. 2025-ci ildə aparılan bir araşdırmaya görə, temperatur 32–44°C arasında olduqda elektrikli avtomobillərin bir dəfə şarjla qət etdiyi məsafə 44 faizə qədər azala bilər.
Elektrikli avtomobil istehsalçısı Polestar bildirir ki, yüksək temperatur batareyanın daxilində baş verən kimyəvi reaksiyaları sürətləndirir və bu da batareyanın daha tez aşınmasına səbəb olur.
Bununla belə, Miçiqan Universitetinin apardığı yeni tədqiqatlar göstərir ki, yeni nəsil batareya texnologiyaları iqlim dəyişikliyinin yaratdığı təsirləri böyük ölçüdə kompensasiya edə bilər. Araşdırmada 2010–2018-ci illərdə istehsal olunmuş batareyalarla 2019–2023-cü illərdə istehsal edilən yeni batareyalar müqayisə olunub.
Nəticələrə görə, qlobal temperaturun orta hesabla 2°C artdığı ssenaridə köhnə batareyaların ömrü 30 faizə qədər azala bilər. Yeni batareyalarda isə bu göstəricinin orta hesabla 3 faiz, ən pis halda isə 10 faiz olacağı ehtimal edilir.
Tədqiqatın aparıcı müəllifi Haochi Wu bildirib ki, texnoloji irəliləyişlər gələcəkdə daha isti iqlim şəraitində belə elektrikli avtomobillərin batareyalarına olan etibarı artıra bilər. Bununla belə, araşdırmanın yalnız iki elektrikli avtomobil modeli üzərində aparıldığı da qeyd olunur.
Eltac Zülfüqaroğlu
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










