Hər şeyi əllə idarə olunan 61 illik avtomobil - VİDEO

61 illik maşını sanki indi zavoddan çıxıb. Ən xırda detalına qədər orginallığı qorumaq üçün Rusiya, Gürcüstan və başqa ölkələrdən maşına lazım olan detallar əldə edilib. Zaqatala sakininin saz vəziyyətdə saxladığı maşın əl ilə idarə olunur. Bu avtomobilin hər şeyi əllə idarə olunur. 61 illik maşın Zaqatala küçələrində şütüyür. Görənlərin diqqətini çəkən bu qeyri-adi retro maşın Zaqatala sakini Azər İmamova məxsusdur. Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə yığılıb. Maşının özünə xas olan detallarını tək tək yığan Azər başqa avtomobillərin detalından istifadə etməyib. Ən maraqlısı odur ki 1957 -ci ildə rusiyada istehsal olunan “сМз-3a” markalı avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün lazım olan bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və foto şəkil çəkdirir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












